Dünya futbolu

İspaniya kubokunda “El Klassiko” həyəcanı

İspaniya kubokunun yarımfinalında əzəli rəqiblər üz-üzə gələcəklər.

İdmanxeber.az-ın məlumatına görə, püşk atma zamanı “Barselona” klubu “Real”a rəqib olub. Digər finalçı isə “Atletik” – “Osasuna” görüşünün qalibi olacaq.

Qarşılaşmaların hansı vaxtda keçiriləcəyi dəqiq deyil. İlk görüşlər 7-9 fevralda, cavab oyunları isə  martın1-2-3-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, turnirin final qarşılaşması mayın 6-da baş tutacaq. Əzəli rəqiblər son olaraq İspaniya kubokunda 2019-cu ildə yarımfinal mərhələsində üz-üzə gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43