Dünya futbolu

“Çelsi” onun üçün 120 milyon verir

“Benfika”nın futbolçusu Enzo Fernandes karyerasını ingiltərədə davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” futbolçunun xidmətində maraqlıdır. London klubu bir müddətdir Fernandes üçün qarşı tərəflə danışıq aparır. “Zadəganlar” argentinalı oyunçuya qarşılıq olaraq “Benfika”ya 120 milyon avro təklif edib.

“Benfika” klubunun prezidenti Ruy Koştanın bu transferlə şəxsən maraqlandığı və yaxın günlərdə “Çelsi”yə konkret cavab verəcəyi bildirilir.

Enzo cari mövsüm ölkə çempionatında 17 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43