Dünya futbolu

İspaniyada azarkeşlər arasında qarşıdurma – Yaralılar var

Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşləri çərçivəsində baş tutmalı olan “Atletik” – “Marsel” görüşündən öncə matçın keçirildiyi Bilbao şəhərində azarkeşlər arasında kütləvi qarşıdurma yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, fan-klublar arasında başlayan mübahisə getdikcə böyüyüb və siravi azarkeşlər də davaya qoşulub. Qarşıdurma zamanı tərəflər yandırıcı maddələrdən və kəsici alətlərdən istifadə edib. Yüzlərlə azarkeşin davasına polis müdaxilə etməkdə çətinlik çəkdiyindən hadisə yerinə əlavə qüvvələr cəlb edilib.

7 fanatın yaralandığı və 8-nin həbs edildiyi böyük qarşıdurma polisin havaya atəş açmasından sonra başa çatıb. İspaniya prokurorluğunda məsələ ilə bağlı cinayət işi açılıb. UEFA-nın da məsələni ciddi nəzarətdə saxladığı bildirilir.

Qeyd edək ki, iki görüşün nəticəsinə görə “Atletik” növbəti mərhələyə adlayan tərəf olub (1:0, 1:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43