Kateqoriyasız

İspaniyalı Zaqatala azarkeşlərinin önünə çıxa bilməyəcək

“Rəvan”ı darmadağın edərək 2014-cü ilin ilk rəsmi matçında 3 xal qazanan “Bakı” “Simurq”la səfər matçına ciddi itki ilə hazırlaşır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt klubunun ispaniyalı futbolçusu Ruben Qonzales “Rəvan”la oyunda aldığı sarı karta görə cəzalı duruma düşüb. Belə ki, müdafiəçi sarı kart limitini doldurduğuna görə Zaqatala klubu ilə səfər keçiriləcək 20-ci turun oyununda meydana çıxmayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43