Dünya futbolu

İsveçrəli futbolçu “Arsenal”ı tərk edir

 “Arsenal”ın yarımmüdafiəçisi Qranit Xaka bu yay London klubunu tərk etmək istəyir.

İdmanxeber.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, 30 yaşlı isveçrəli “Bayer”dən təklif alıb. “Topçular”ın baş məşqçisi Mikel Arteta futbolçunun gedişinə etiraz etməyəcək.

Xaka 2016-cı ildən “Arsenal”da çıxış edir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır. 

O, 2022/23 mövsümündə bütün yarışlarda 44 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43