Dünya futbolu

Fransa klubu baş məşqçini qovdu

Fransanın “Nant” klubu baş məşqçisi Antuan Kombuareni istefaya göndərib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik bu barədə yaxın saatlarda rəsmi açıqlama verəcək. “Nant” son 11 oyundur Fransa çempionatında qalib gələ bilmir.

Komanda Liqa 1-in turnir cədvəlində 17-ci yerdədir.

59 yaşlı mütəxəssis 2021-ci ilin fevralından “Nant”a rəhbərlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43