Milli komanda

İtaliya – Azərbaycan oyununa bilet qalmadı

Bu gün keçiriləcək İtaliya – Azərbaycan matçına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Palermoda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək matça 35 min bilet satılıb.

Qeyd edək ki, matçın keçiriləcəyi “Renzo Barbera” stadionu 36.349 nəfər tamaşaçı tutumuna malikdir. Oyun bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43