Olivye Jiru yayda “Milan”dan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard karyerasını MLS-də davam etdirməyi düşünür. Onun “Los Anceles” FK-na qoşulacağı gözlənilir. “Rossoneri” təcrübəli hücumçuyla yola davam etmək istəsə də, Jiru qərarını verib.
Jiru 2021-ci ildən “Milan”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 36 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.