Ölkə futbolu

“Kəpəz” iki futbolçusu ilə vidalaşdı – RƏSMİ

“Kəpəz” Nəbiyev qardaşları – müdafiəçi Yusif və yarımmüdafiəçi Fərid ilə müqaviləsi başa çatıb. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların “Kəpəz”dən ayrıldığı vurğulanıb.

Son mövsümdə 34 oyuna çıxan Yusif Nəbiyev 2 qol vurub və 2 qolun ötürməsinin müəllifi olub. Yusif “sarı-göylər”i kapitan kimi də meydana çıxarıb. Çempionatda 30 oyuna çıxan Fərid Nəbiyev isə 4 dəfə fərqlənməklə 7 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43