Dünya futbolu

“Lester”dən ayrıldı – Premyer Liqa klubuna keçir

 “Lester”in keçmiş yarımmüdafiəçisi Yuri Tilemans karyerasını “Aston Villa”da davam etdirə bilər.

İdmanxeber.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Birmingem klubunun baş məşqçisi Unay Emeri oyunçunu israrla heyətinə cəlb etmək istəyir. Komanda hələ qış transfer dönəmindən futbolçu ilə maraqlanır, onunla danışıq aparırdı.

Tilemans “Lester”dən ayrılıb. O, hazırda azad agent statusu daşıyır. Yarımmüdafiəçi ötən mövsüm 37 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “tülkülər” Premyer Liqanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43