Ölkə futbolu

Şeydayevdən “Qarabağ”a vida: “Sizin üçün çox darıxacağam”

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Qarabağ” klubu ilə vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.

O,  “köhlən atlar”a təşəkkürünü bildirib: “Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam”.

Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43