Kateqoriyasız

Kamerunlu hücumçu “Turan Tovuz”da – rəsmi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.

26 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, karyerasına vətənində “Apeje”də başlayan Eva Yunanıstanda “Veria”, “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”da (Pontu) çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43