Dünyadan

Kamran Ağayev cəzalandırıldı

Millimizin və “Boavişta”nın qapıçısı Kamran Ağayev cəzalandırılıb.

İdmanxeber.com-un məlumatına görə, buna  Ağayevin Portuqaliya çempionatının XVII turu çərçivəsində “Benfika” ilə matçdan sonra baş verən insidentdə qırmızı vərəqə alması səbəb olub. Belə ki, futbolçu Portuqaliya Futbol Federasiyasının (PFF) İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, sözügedən matç 3:3 hesablı bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43