Ölkə futbolu

“Qarabağ” növbəti oyununa çıxır

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun komandası Rumıniyanın “Styaua” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama matçında Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu

18:00. “Qarabağ” – “Styaua”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43