Dünyadan

“Mançester Siti”nin futbolçusu bir şərhə görə 40 min funt sterlinq cərimələndi

“Mançester Siti” klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.

Bu barədə İngiltərə Futbol Assosiasiyasının məlumatında deyilir.

B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun “Bernli” komandası üzərində qələbədən sonra “İnstaqram”da şərh yazması olub:

“10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik”.

Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirilib.

Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turunda “Mançester Siti” – “Bernli matçının (2:1) 31-ci dəqiqəsində hakim “şəhərlilər”in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43