Kateqoriyasız

Kamran Ağayev əsəbləşdi: “Heç kim mənim şəxsi həyatıma qarışa bilməz!”

“Bu yaşıma kimi nə spirtli içki içməmişəm, nə də siqaret çəkməmişəm. Mediada siqaret çəkməyimlə bağlı yayılan xəbərlər yanlışdı. Mən siqaret yox, qəlyan çəkmişəm. O da bir-iki tüstü”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “İnter”in qapıçısı Kamran Ağayev deyib.

Millimizin də şərəfini qoruyan qolkiper mediada siqaret çəkməsi, gecə klublarına getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərəkən daha sonra sözlərinə belə davam edib:

“Yazırlar ki, gecə klublarına gedirəm, siqaret çəkirəm və s. Bax, yenə əsəbləşirəm. Heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Düzdü, bunları etmirəm. Bəzən dost-tanışla gedirəm hansısa bir restoranda yemək yeyirəm, bu da normaldı.  Komanda daxili ab-havanı pozmuram, məşqlərimi vaxtında edirəm və s. şeylərə riayət edirəmsə bunu  nəyis pisdi? Mən siqaret yox, qəlyan çəkmişəm. O da bir-iki tüstü. Əslində qəlyan alüdəçisi də deyiləm. Sadəcə bəzən tanışlaırm yanında çəkəndə onlardan istəyirəm, bu qədər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43