Kateqoriyasız

Azərbaycan Prezidenti Canni İnfantinonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev dünən FİFA-nın prezidenti seçilən Canni İnfantinonu təbrik edib.

Idmanxeber.com-un  president.az saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

Hörmətli cənab İnfantino,

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 fevral 2016-cı il.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43