Müsahibə

Rəşad Sadıqov: “Qurban Qurbanov mənə dedi ki…” (MÜSAHİBƏ)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun İdmanxeber.com-a müsahibəsi.

Gərgin oyun oldu. Bilirdik ki, “İnter”ə qarşı oyunumuz çətin olacaq. Onların son turdakı oyunlarını görmüşdük. İkinci dövrəyə pis başlasalar da, sonradan özlərinə gəliblər. Heyətində təcrübəli futbolçular çoxluq təşkil edir. Düzdü oyuna nəzarəti əlimizdə saxlaya bilirdik, ancaq kəsərli hücumlar qurmaqda çətinlik çəkirdik. Rəqib də bizi əks hücumda yaxaladı və qol vurdu. Şükürlər olsun ki, oyunun sonlarına yaxın hesabı bərabərləşdirib məğlubiyyətdən qaça bildik. “İnter” kimi rəqiblə səfərdə 1 xal pis nəticə deyil.

– Oyunun son 10 dəqiqəsində oyunda bir canlanma yaşandı. 80 dəqiqə dmeək olar ki, sönük oyunun şahidi olduq. Bunun səbəbi nədi?

Ümumiyyətlə “İnter”ə qarşı oynamaq həmişə çətindi. Xüsusi sistemlə oynayırlar. Qapalı müdafiə olunurlar. Rəqib də sənin üstünə gəlmədikcə sən nə qədər hücum qursan da çətinlik çəkirsən. Təcrübəli futbolçulardan qurulan və oyununu müdafiədən quran komandaya oynamaq olduqca çətindi. 

– İlk 65 dəqiqə demək olar ki, çərçivəyə bir dəqiq zərbə belə vura bilmədiniz…

Biz hücumda kəsərli olmurduq, “İnter” də yaxşı müdafiə olunurdu. “İnter”in  müdafiəsini yarmaq çətin idi.

– Sona yaxın fikirləşdiniz ki, oyun əldən gedir və “Zirə” ilə xal fərqi 3-ə enir?

Belə bir fikir var idi.  Qol buraxdıqdan sonra “İnter” kimi komandaya qol vurmaq çətin olur. Bir anlıq düşünürdüm ki, “Zirə” ilə xal fərqi artıq 3-ə düşəcək. İkinci hissə də belə gedirdi ki, qol vura bilməyəcəyik.

– Komandanı məğlubiyyətdən sən qurtardın. Son 10 dəqiqədə hücumda oynamağa başladın. Sanki öncədən hazırlanmış bir plan idi və nəticəsi də bəlli…

Yox, hazırlanmış bir şey deyildi. Sadəcə baş məşqçimiz mənə dedi ki, irəli get, itirəcəyimiz bir şey yoxdu. Sonda da belə alındı.

– Növbəti tur “Zirə” ilə qarşılaşacaqsınız. Final matçı kimi baxmaq olar?

Yox, final hesab etməyək.Hələ irəlidə çox oyunlar var. Aramıəzdakı xal fərqi 4-ə endi. Hələ oyunlar qarşıdadı.

– Martın 2-də kubokda “Sumqayıt”la qarşılaşacaqsınız.

“Sumqayıt”la oyun da çətin keçəcək. Onlar son turlarda oyunlarını tapıblar. Bizi gərgin oyunu gözləyir.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43