Kateqoriyasız

Kamran Ağayev komandasını məğlubiyyətdən xilas edə bilmədi (VİDEO)

Türkiyə PTT 1-ci liqasında 8-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” səfərdə “Karabükspor”la qarşılaşıb. “Karşıyaka” bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Karşıyaka” 7 turdan sonra 6 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43