Kateqoriyasız

Kamran Ağayev Türkiyədə növbəti oyununa çıxdı, bir qol buraxdı – VİDEO

Türkitə PTT birinci liqasında 27-ci tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” səfərdə “Alaniyaspor”la qarşılaşıb. İki qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Matça start heyətində meydana çıxan və əvəzlənmədən 90 dəqiqə meydanda olan Kamrana yeganə qolu Fransa doğumlu toqolu hücumçu Jonatan Eite vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43