İdman

Kamran Ağayev və Emin Mahmudovun növbəti sınağı

Millimizin üzvləri – Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti matçını keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Portu təmsilçisi 16-cı tur çərçivəsində “Setubal”ı qonaq edəcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hər iki futbolçumuzun əsas heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, 15 oyundan sonra “Boavista” 17 xalla 11-ci, “Vitoria de Setubal” isə 19 xalla 9-cu yeri tutur.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43