Dünya futbolu

Karlos Tevez Çin klubundan ayrılır

Argentina millisinin üzvü Karlos Teves Çinin “Şanxay Şenxua” klubundan ayrıla bilər.

İdmanxeber.com-un məlumatına görə, ötən ilin dekabrın ayında sözügedən klubla müqavilə imzalayan 33 yaşlı futbolçu özünü Çin klubunda xoşbəxt hiss etmir. Argentina mətbuatının yaydığı məlumata görə, hücumçu yaxın zamanda Çini tərk etməyi planlaşdırır. Onun yenidən ölkəsinin klublarından birinə keçəcəyi iddia edilir.

Qeyd edək ki, Teves dünyanın ən ödənişli futbolçusudur. O, “Şanxay Şexua”da həftədə 615 min funt sterlinq qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43