Ölkə futbolu

Kaxaber Sxadadze: “Problemlər var, bunun üzərində çalışmalıyıq”

Topaz Premyer Liqasının XI turunda “Sumqayıt”ın qonağı olan “İnter”  1 xal qazandı.

İdmanxeber.com-un məlumatına görə, qol vurulmayan oyundan sonra düşüncələrini bölüşən “İnter”in baş məşqçisi Kaxaber Sxadadze komandasında problemlərin olduğunu bildirib

“Sumqayıt”ı təbrik edirəm. Rəqib yaxşı müdafiə olundu. Bizim şanslarımız daha çox oldu. Amma təəssüflər olsun ki, istifadə edə bilmədik. Bu isə onu göstərir ki, biz dəyişikliklər etməliyik. Daha doğrusu dəyişiklik edəcəyik. Həyat davam edir. İrəli baxmalıyıq. Problemlər var, bunun üzərində çalışmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43