Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Baxımlı oyun olmadı”

Topaz Premyer Liqasının XI turunda “Sumqayıt” doğma azarkeşləri önündə “İnter”lə üz-üzə gəldi. Oyunda qapılara qol vurulmadı.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov bu fikirləri deyib:

“İnter” bizim üçün çətin rəqiblərdən biridir. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43