Dünyadan

“Kayserispor”un qapısı etibarlı əllərdədir”

“Kayserispor” klubunun mətbuat xidmətinin rəhbəri Rıfat Pehlivan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi transfer etmələrinə münasibət bildirib. 

İdmanxeber.com-un məlumatına görə, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Ağayev səviyyəli qapıçıdır. Bu transferin həm kluba, həm də futbolçuya xeyirli olmasını diləyirəm. Kamranla 2,5 illik müqavilə imzaladıq. O, tibbi müayinədən sonra komanda ilə məşqlərə başlayıb. Ağayev ölkəsinin milli komandasında çoxlu oyunda meydana çıxıb. Təcrübəli bir qapıçıdır. “Kayserispor”un qapısı Serdar Kulbilgə, Kayacan Ərdoğan və Ağayevlə əmin əllərdədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43