Ölkə futbolu

“Kəpəz” “Admira” üçün hazırlaşır

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Admira” ilə cavab oyunu üçün “Kəpəz” hazırlığı davam etdirir. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 15-də bərpaedici məşqdən sonra “sarı-göylər” dünəndən meydanda çalışmağa başlayıblar.

 Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib. Sabahkı hazırlıq eyni saatda “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında olacaq.

“Kəpəz” oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Dalğa Arena”da keçirəcək. İyulun 19-da saat 17:30-da “sarı-göylər”in jurnalistlər üçün mətbuat konfransı, 18:00-da isə açıq məşqi olacaq.

“Kəpəz” – “Admira” oyununun start fiti iyulun 20-də saat 20:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43