Ölkə futbolu

“Qəbələ” MTK ilə Bakıdakı matçın hazırlığına start verib

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də Macarıstanın Dyer şəhərində MTK ilə keçirilən ilk qarşılaşmanın (2:1) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 16-da bərpa edib.

Bakıda baş tutan hazırlıq prosesində futbolçular iki qrupda bölünüb. Günün ikinci yarısına təsadüf edən məşq zamanı Macarıstandakı görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Budapeşt klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” bu gün növbəti məşqini keçirəcək. Hazırlıq günün ikinci yarısında baş tutacaq.

Xatırladaq ki, cavab oyunları çərçivəsində baş tutacaq “Qəbələ” – MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43