Ölkə futbolu

“Kəpəz” azarkeşlərini maraqlandıran xəbər: “CBC Sport” Yevlaxdakı oyunu canlı yayımlayacaqmı?

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Kəpəz”in “Zirə”ni hansı stadionda qəbul edəcəyi nəhayət ki, müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, gəncəli futbolsevərləri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq. Bəs görəsən, görüş televiziya vasitəsi ilə də azarkeşlərin ixtiyarına veriləcəkmi?

Bu barədə saytımıza danışan “CBC Sport”un baş redaktoru fanatları sevindirmək istədiklərini bildirdi: “Əməkdaşlarımız Yevlaxa gediblər, orada oyunun canlı yayımlana biləcəyini söylədilər. Baxmayaraq ki, cuzi problemlər var, çalışacağıq ki, onları aradan qaldıraq. Bu da normaldı. Ümumilikdə isə problem yaranmazsa,turun  bütün görüşləri canlı yayımlayacağıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43