Ölkə futbolu

“Kəpəz” bugün başlayır

Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunda səfərdə “Qəbələ” ilə üz-üzə gələcək “Kəpəz” bu gün qarşıdakı oyunun hazırlığına start verəcək.

İdmanxeber.com-un məlumatına görə, “Şərurspor” ilə yoxlama matçından sonra bir günlük istirahətə buraxılan komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək. Hazırlıq prosesi saat 17:30-a təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43