İdman

“Kəpəz” Gəncəyə qayıdır

Azərbaycan Premyer Liqasının XVI turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu oyunun əsas hazırlığını başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, həftəboyu Bakıda məşq edən komandanın oyun öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. Matçın keçiriləcəyi arenada baş tutacaq çalışma fevralın 17-də saat 17:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43