İdman

İnyesta çinlilərin təklifini qəbul edəcəkmi?

Çinin “Tyantszin Tsyuantszyan” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Andres İnyestanı transfer etmək istəyir.

Idmanxeber.com-un məlumatına görə, asiyalılar 34 yaşlı yarımmüdafiəçiyə illik 35 milyon avro məvacib ödəməyə hazırdırlar.

İnyestanın ötən ilin oktyabrında Kataloniya təmsilçisi ilə bağladığı ömürlük müqavilədə onun sərbəst şəkildə başqa kluba getmək hüququ olduğuna dair bənd var.

Qeyd edək ki, “Tyantszin Tsyuantszyan”ın baş məşqçisi italiyalı dünya çempionu Fabio Kannavarodur. “Barselona”nın yetirməsi olan Andres İnyesta 2002-ci ildən bəri əsas komandanın formasını geyinir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43