İdman

UEFA reytinqi: “Marsel” “Qarabağ”a çatdı

Avrokubokların 2018-ci il üçün ilk həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, keçirilən 20 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

 Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Belə ki, “Qarabağ” 1 pillə geriləyib. İlk “yüzlük”dəki yeganə təmsilçimizi “Marsel” keçib. Fransa klubu Avropa Liqasının 1/16 finalında “Braqa”nı 3:0 hesabı ilə yenib və 67-ci pilləyə yüksəlib. Nəticədə “Qarabağ” və onunla eyni xala malik BATE və “Yanq Boyz” 69-cu yerə düşüb. Bu üç komandaya daha bir şərik çıxıb. Moskva “Lokomotiv”i “Nitsa”nı 3:2 məğlub etməsi sayəsində Qurban Qurbanovun yetirmələrinə çatıb.

“Qarabağ” və qonşuları

65-66. “Feyenoord” – 21,500

“Rapid” Vyana – 21,500

74. “Marsel” – 21,000

67. “Astana” – 20,750

69-72. “Qarabağ” – 20,500

“Yanq Boyz” – 20,500

BATE – 20,500

“Lokomotiv” Moskva – 20,500

73-73. “Selta” – 20,285

“Real Sosyedad” – 20,285

“Betis” – 20,285

76. “Trabzonspor” – 18,000


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43