Ölkə futbolu

“Kəpəz” hazırlıqlara başladı

Moldovadan dünən vətənə dönən “Kəpəz” məşqlərə başlayır. Bu gün bərpaedici hazırlıqla kifayətlənəcək komanda sabahdan meydanda məşq edəcək.

İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində iyulun 14-də Avstriyanın “Admira” klubu ilə keçiriləcək səfər oyununa “sarı-göylər” Bakıda hazırlaşacaq. Gəncə klubu iyulun 10-12-si tarixlərində paytaxtda məşq edəcək.  

Komandanın sabaha olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 18:00-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43