Kateqoriyasız

“Kəpəz” “Qarabağ”ı təbrik etdi

“Kəpəz”  “Qarabağ”ı Topaz Premyer Liqasının 2015/2016 mövsümünün çempionu olması münasibəti ilə təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubu rəsmi saytı vasitəsi ilə  Ağdam təmsilçisinin qarşıdakı mövsümdə Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edəcəyinə, Qarabağ adının həmişə olduğu kimi yenə zirvələrdə səslənəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, ” Qarabağ” ölkə çempionatının 32-ci turunda səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43