Ölkə futbolu

“Kəpəz” sabah yenidən topun arxasına keçəcək

UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran “Kəpəz” sabah məşqləri bərpa edəcək. Komandaya beş günlük istirahət verilib. 

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Premyer Liqanın növbəti mövsümünə hazırlığı Bakıda keçirəcək. 

Gəncə təmsilçisinin iyulun 26-na olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Hazırlıq prosesi saat 20:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43