Mövsümlərarası fasilədə “Neftçi”dən ayrılan braziliyalı futbolçu Ailton Silva özünə yeni klub tapıb.
İdmanxeber.com-un “Ojogo” nəşrinə istinadən verdiyi məlumata görə, 21 yaşlı oyunçu karyerasını Portuqaliyada davam etdirəcək.
O, icarə əsasında Portuqaliyanın “Estoril” klubunda oynayacaq.
Qeyd edək ki, Braziliyanın “Fluminense” klubuna məxsus olan Ailton “Neftçi”nin heyətində 32 matçda 3 qola imza atıb.