Ölkə futbolu

“Kəpəz”də 6 yeni futbolçu

Bakıda təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına əvəzedici heyətin 6 üzvü qoşulub.

İdmanxeber.com-un  məlumatına görə, baş məşqçi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb. Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.

Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da oynamaq şansı qazanacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43