İdman

“Kəpəz”də adam döyən klub işçisinin yerinə yeni təyinat! – ÖZƏL

“Kəpəz” klubunda yeni təyinat reallaşıb.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin icraçı direktorunun müavini Cəfər Hacıyevin yerinə yeni işçi götürülüb. Gəncə stadionunun ot örtüyünə qulluq edən SİS şirkətinin nümayəndəsi Orxan adlı şəxslə etdiyi dava sonrası klubdan uzaqlaşdırılan  Hacıyevi  Ruslan Nağıyev əvəzləyib. Azərbaycan Dövlət İqdisad Universitetini bitirən 28 yaşlı Nağıyev idmana yaxın birisi kimi tanınır. O, həmçinin yeni iş yerində oyunların təşkili üzrə mütəxəssis vəzifəsini icra edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43