İdman

Gəncə şəhər stadionunun yenilənən bazası – ÖZƏL FOTOLAR

Uzun müddət təmirə bağlanan və ot örtüyü tamamı ilə yenilənən Gəncə şəhər stadionunun bazasında da müsbət dəyişikliklər olub.
İdmanxeber.com-a daxil olan məlumata görə, ev sahibi və qonaq komandanın oyunçularının paltardəyişmə otaqları həmçinin duş kabinetləri başdan-başa təmir olunub yeni aksesuarlar quraşdırılıb. İşlər tam olaraq yekunlaşmasa da, hazırda bazada futbolçuların məskunlaşması üçün yetərli qədər şərait yaradılıb. AFFA-nın dəstəyi ilə həyata keçirilən işlərin davamı “Neftçi” ilə matçdan sonra davam etdiriləcək.

İdmanxeber.com üçün özəl olaraq göndərilən fotoları təqdim edirik:



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43