İdman

Şahin Diniyev “Neftçi” önünə necə “Kəpəz” çıxarmağı planlaşdırır? – START HEYƏTDƏ SÜRPRİZ GƏNCƏLİ

Bu gün Azərbaycan Premyer Liqasında “Neftçi”ni qəbul edəcək “Kəpəz”in baş məşqçisi Şahin Dİniyev heyətdə bir sıra dəyişikliklər edib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “Zirə” ilə ötən tur sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən Şəhriyar Əliyevin əvəzinə meydançada Azad Kərimov olacaq. Bundan başqa zədə ucbatından qarşıdakı görüşü buraxmaq məcburiyyətində qalan İlyas Səfərzadənin yerinə sürpriz futbolçu meydana çıxacaq. Söhbət 20 yaşlı Fərid Məmmədovdan gedir. Gəncə futbol məktəbinin yetirməsinin mövqeyi hücuma meyilli yarımmüdafiəçi olsa da, Diniyev onu yarımmüdafiənin sağ cinaında sınayacaq. Cari mövsüm ərzində yalnız ötən tur “Zirə” ilə matçın son 13 dəqiqəsində meydançada olan Məmmədova etimadlar böyükdü. Bundan başqa, ötən tur əvəzetmədən oyuna daxil olan digər bir futbolçu, yeni transfer, Məhəmməd Qurbanovun da start heyətində meydana çıxacağı dəqiqləşib. 

Qeyd edək ki, “Kəpəz”in heyətində İlkin Sadıqov və Samba Diallo zədəli olduğu üçün “Neftçi” ilə matçda komandasına kömək edə bilməyəcək. Səhhətində müəyyən problemlər yaranan Kamran Abdullazadənin oynayıb-oynamayacağı isə sual altındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43