İdman

“Kəpəz”də yeni təyinat: Mikayıl Nərimanoğlunun əvəzinə

“Kəpəz” klubunun Müşahidə Şurasına yeni üzv təyin olunub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib.   Müşahidə Şurası üzvlüyündən geri çağırılan Mikayıl Nərimanoğlunu İslam Abbasov əvəzləyib.

Qeyd edək ki, İslam Abbasov daha əvvəl milli komandamızda və “Neftçi”də çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43