İdman

“Kəpəz”dən ayrıldı “Sabah”a keçdi

Birinci divizion təmsilçisi “Sabah” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

İdmanxeber.com-un klubun “facebook” səhifəsində istinadən yaydığı xəbərə görə, mövsümün ilk yarısında “Kəpəz”də çıxış edən Məhəmməd Qurbanovla müqavilə imzalanıb.

Millimizin sabiq üzvü mövsümün sonuna kimi Arif Əsədovun komandasında çıxış edəcək. 

Rusiyanın “Rostov” klubunun yetirməsi sayılan hücumameyilli yarımmüdafiəçi peşəkar karyerası ərzində “Taqanroq” (Rusiya), “Sumqayıt” və “Neftçi” klublarında da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43