Kateqoriyasız

“Kəpəz”in qələbəsi “Rəvan”ın başsız qalmasına səbəb oldu – İstefa

Cari mövsümdə qələbə üzünə həsrət “Rəvan”ın baş məşqçi postunda dəyişiklik edilib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “aslanlar”ın baş məşqçisi Emin Quliyev “Kəpəz”ə məğlubiyyətdən sonra (0:2) istefaya göndərilib. 

Boş qalmış baş məşqçi postuna bir zamanlar da bu klubda çalışmış Bəhmən Həsənovun gətiriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43