İdman

“Kəpəz”in zədəli futbolçusundan gələn xəbər sevindirdi

“Kəpəz”in uzun müddət zədəli olan futbolçuları – Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar.

İdmanxeber.com-un məlumatına görə,  zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən tez olub. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.

Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidir. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43