Premyer Liqa

“Kəpəz”in zədəlisi geri döndü

Topaz Premyer Liqasının XIV turunda “Qəbələ”yə qarşı səfər oyununda  “Kəpəz” Dario Frederikonun xidmətlərindən yararlana biləcək.

İdmanxeber.com-un məlumatına görə, futbolçu matçın “18-liy”inə salınacaq.

Uzun müddət zədəli olan braziliyalı yarımmüdafiəçi çempionatın VIII turunda AZAL-la Bakıdakı oyunda zədələnərək sıradan çıxmışdı. O vaxtdan müalicə olunan Dario Premyer Liqa və Azərbaycan kuboku uğrunda görüşlərdə oynamayıb. Yalnız ötən həftədən komanda ilə birgə məşqlərə qoşulan Frederiko bu ilin son turu üçün oyuna hazır olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43