Dünya futbolu

“Traktor Sazi” məğlub oldu

İran Pro Liqasında 14-cü turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, Təbriz klublarından yalnız “Qostareş” azarkeşlərini sevindirib. Öz meydanında  “İstiqlal”la (Xuzestan) qarşılaşan komanda 2:1 hesabı ilə qalib gəlib.

Təbrizin digər klubu “Maşın Sazi”  səfərdə “Məşəd”ə 0 – 1 hesabıyla məğlub olub.

“Traktor Sazi” isə öz meydanında “Sepehan”a məğlub olub – 1:2.

Qeyd edək ki, “Traktor Sazi” 27 xalla 2-ci, “Qostareş” 17 xalla 9-cu, “Maşın Sazi” isə 6 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43