İdman

Kərim Diniyev “Səbail”a keçdi – daha az maaşa

“Kəpəz”dən ayrılan Kərim Diniyevin yeni klubu müəyyənləşib.

İdmanxeber.com-a bu barədə futbolçunun özü məlumat verib. Diniyev bundan sonra “Səbail”in uğurları üçün tər tökəcək. O, keçidi haqda bunları deyib: “Hələ mövsümün gedişində “Səbail”dən məni istədilər. Onlara deidm ki, hələ taleyim məlum deyil. Şükürlər olsun, hər şey qaydasındadı. Artıq razılığa gəlmişik”.

Əldə etdiyim məlumata görə, Kərim Diniyev “Səbail”də “Kəpəz”dən daha az maaş müqabilində çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43