İdman

“Keşlə”nin yeni baş məşqçisi “İnter Arena”nı istəmir – SƏBƏB

Qış təlim məşq toplanışı çərçivəsində sabah “Keşlə” Bakıda bir araya gələrək hazırlığın ilkin mərhələsinə start verəcək.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, qəsəbə klubu məşq prossesinə “İnter Arena”da başlamaq istəmir. Daha dəqiq desək, bu yeni baş məşqçi Yuri Maksimov belə bir təklif irəli sürüb. Ukraynalı mütəxəssis yanvar ayının 22-nədək Bakıda keçiriləcək məşqlərin əksəriyyətinin təbii ot örtüklü meydançada baş tutmasının tərəfdarıdı. Bu mənada “Keşlə” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqlərə start verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43