Kateqoriyasız

“Keşlə” formadakı qüsura görə cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, iclasda I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyunu haqda aşağıdakı qərar qəbul olunub:

I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43