Ölkə futbolu

“Keşlə” Kamran Ağayevlə bəyanat yaydı: “Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır”

“Keşlə” klubu Kamran Ağayevlə bağlı yayılan məlumata haqda bəyanat yayıb.

16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilən “Qarabağ-Keşlə” matçından sonra Keşlə FK-nın futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılmışdır.

Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməmişdir, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışmışdır. Bu hadisə Keşlə FK-nın müşahidə şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yaynmamış və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb etmişdir. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır.

Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla “Qarabağ-Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın Əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43